Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı bilik yarışı keçirilib.

29.04.2023

29 aprel 2023-cü il tarixində Ağdaş rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə rayonun Şordəhnə kənd Əbülfət Səlimov adına ümumi orta məktəbində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı bilik yarışı keçirilib.

Heydər Əliyev İli çərçivəsində keçirilən, məktəbin 7, 8 və 9-cu siniflərinin şagirdlərinin iştirak etdiyi yarışda 3 komanda – Zəfər, Uğur və Dəmir Yumruq komandaları öz biliklərini sınayıblar. Hər komandada 6 nəfər şagird olmaqla ümumilikdə 18 nəfər məktəbli yarışda iştirak edib.

Şagirdlər Vətən Müharibəsi, Azərbaycan tarixi, mədəniyyəti, ümumi biliklər və Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair sualları cavablandıraraq birincilik uğrunda mübarizə aparıblar.

Verilmiş suallar üzrə qazanılmış xalların cəminə əsasən Zəfər komandası yarışın qalibi olub.

Qalib komanda Diplom və hədiyyə ilə mükafatlandırılıb. Digər komandalara ardıcılıq olaraq 2-ci və 3-cü yer diplomu təqdim edilib.

Qeyd edək ki, bilik yarışının keçirilməsində məqsəd şagirdlər arasında rəqabəti gücləndirməsi, istedadlı şagirdlərin aşkar edilməsi, onların istedadlarının inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkil edilməsidir.